Daha çox hansı ölkələrdən gələnlər Azərbaycanda mənzil alır? - Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

Hazırda oxunan: Daha çox hansı ölkələrdən gələnlər Azərbaycanda mənzil alır? - Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

115924

Ədliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il ərzində əcnəbi vətəndaşlar tərəfindən Azərbaycanda 1974 mənzil alqı-satqısı müqaviləsi rəsmiləşdirilib. 

Görəsən, ölkəmizdə mənzil sahibi olan əcnəbilər əsasən hansı ölkələri təmsil edirlər?

Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Rövşən Talıbzadə bildirir ki, Azərbaycanda mənzil alan xarici ölkə vətəndaşları əsasən Ukrayna və Rusiyada yaşayan soydaşlarımızdır:

“Azərbaycanda son bir ildə mənzil alan əcnəbilər əsasən Ukrayna və Rusiya vətəndaşları olan soydaşlarımızdır. Keçən ilin fevralı Ukraynada müharibənin başlanması fonunda Azərbaycana bu ölkə və Rusiyadan çoxsaylı soydaşımız gəlib. Bu mənada Azərbaycanda mənzil alan xarici vətəndaşlar arasında ilk yeri Rusiyada yaşayan azərbaycanlılar tutur. 
Sonrakı yerdə isə Ukraynadakı soydaşlarımız gəlir. Konkret rus və ukraynalının burada mənzil alması isə demək olar ki, çox cüzi rəqəmlərlə ölçülür. Burada mənzil alan xarici vətəndaşlar arasında sonrakı yeri Gürcüstanda yaşayan soydaşlarımız tutur.

Onlar da Bakıda mənzil almağa üstünlük verirlər. Bakıda mənzil alan əcnəbilər arasında sonrakı yerlərdə İran və Türkiyə vətəndaşları gəlir. 

Əcnəbi vətəndaşların burada mənzil almasında başlıca səbəb investisiya məqsədindən qaynaqlanır. Digər tərəfdən, Azərbaycanda işləmək, oturum almaq üçün burada mənzil alanlar var. Əcnəbilərin burada oturum alması üçün azı 100 min manat dəyərində olan daşınmaz əmlakları olmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin