Kredit müqavilələrinin tənzimlənməsində YENİ QAYDA

Hazırda oxunan: Kredit müqavilələrinin tənzimlənməsində YENİ QAYDA

115550

“Artıq kredit müqavilələri Mülki Məcəllənin normaları ilə tənzimlənəcək”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov deyib.

O bildirib ki, vətəndaşların, istehlakçıların hüquqları Mülki Məcəllə çərçivəsində qorunacaq

Komitə sədri Əli Hüseynli bildirib ki, faktiki olaraq kredit verən hər zaman üstünlük əldə edirdi:

“Bununla bağlı bir çox məhkəmə işləri də var. Mülki Məcəlləyə bu cür normaların gəlməsi vətəndaşların və istehlakçıların hüquqlarının müdafiəsi baxımından çox mühümdür. Bütün dünyada bu cür münasibətlər müqavilə ilə tənzimlənir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin