Deputatdan MARAQLI AÇIQLAMA: “Dövlət bazara müdaxilə edə bilməz...”

Hazırda oxunan: Deputatdan MARAQLI AÇIQLAMA: “Dövlət bazara müdaxilə edə bilməz...”

115549

Apteklərdə qida əlavələri, eləcə də digər müalicəvi vasitələr fərqli qiymətlərə təklif olunur. Bəzən apteklər arasında qiymət fərqinin çox olması insanları vadar edir ki, daha ucuz aptek axtarışına çıxsınlar. Bu isə təbii ki, əlavə vaxt, enerji itkisidir.

Belə hallarla üz-üzə qalan istehlakçılar isə hesab edirlər ki, dərmanlar kimi apteklərdə satılan digər məhsulların da qiymətləri tənzimlənməli, buna hansısa formada nəzarət olmalıdır. Əks halda istehlakçılar həm maddi, həm də mənəvi ziyana düşürlər.
Bu barədə Bizim.Media-nın həmsöhbəti Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev olub.

Müsahibimiz söyləyib ki, qiymətlərin kənar müdaxilə ilə tənzimlənməsi bazar iqtisadiyyatında yolverilməzdir:

“Bu istiqamətdə bəzi narazılıqlar başadüşüləndir, lakin biz nə sosialist ölkəsində, nə də Şimali Koreyada yaşamırıq. Biz bazar iqtisadiyyatı ölkəsində yaşayırıq və burada da tələb-təklif əsasında formalaşmış rəqabət qanunu keçərlidir. Bu, bütün dünyada belədir. Dövlətin bu məsələdə hansısa müdaxiləsi bazar iqtisadiyyatının əsas qanunlarının pozulmasıdır”.

Deputat dərman qiymətlərinin bahalığı ilə bağlı sualı cavablandırarkən isə söyləyib ki, çıxış yolu daxili istehsalın kəmiyyətini və keyfiyyətini artırmaqdır:

“Mən daim çıxışlarımda qeyd etmişəm ki, Azərbaycanda lazım olan dərman vasitələrinin çoxu ölkəmizdə istehsal olunmalıdır. Bu istiqamətdə artıq qardaş ölkə Türkiyə ilə danışıqlar aparılır.
Türkiyədə 90%-ə qədər tələb olunan dərman vasitələri ölkədə istehsal olunur deyə həm qiymətlər qat-qat ucuzdur, həm də keyfiyyət yüksəkdir. Yəni məsələnin köklü həlli yolu daxili istehsalın artırılmasıdır”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin