Azərbaycanda istehlak qiymətləri neçə faiz qalxıb? - SİYAHI

Hazırda oxunan: Azərbaycanda istehlak qiymətləri neçə faiz qalxıb? - SİYAHI

115211

2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101 %, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 % olub.

2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,7 %, əvvəlki ilin dekabr ayına nisbətən isə 119 % təşkil edib.
Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım manna yarması, düyü, makaron məmulatlar, peçenye, toyuq əti, təzə və dondurulmuş balıq, süd, pendir, kəsmik, yumurta, qarğıdalı yağı, banan, alman, armud, nar, qoz, fındıq, xiyar, pomidor, balqabaq, kartof, soğan, sarımsaq, yerkökü, çuğundur, şəkər, konfet, çay, limonad, meyvə şirəsi və pivənin, azalma isə əsasən portağal, naringi, limon, xurma, kivi və kələmin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5 %, əvvəlki ilin dekabr ayına nisbətən 111,9 % olub. Ay ərzində ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım mebel, xalça, paltaryuyan maşın, televizor, minik avtomobili üçün ehtiyat hissəsi, sintetik yuyuсu vasitə, sabun, və şampunların, azalma isə əsasən kəsilmiş taxta, kondisioner və kompüterlərin qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4 %, əvvəlki ilin dekabr ayına nisbətən 110,2 % təşkil edib. 
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin icarə haqları, paltar, ayaqqabı və minik avtomobillərinin təmiri, ictimai iaşə, bərbərxana, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti və ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin