Kirayə mexanizmi ilə satılan mənzillər UCUZLAŞA BİLƏR

Hazırda oxunan: Kirayə mexanizmi ilə satılan mənzillər UCUZLAŞA BİLƏR

114970

Bu ildən “Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Söhbət kirayə üzrə əməliyyatın 18.0 faizlik vergidən azad edilməsindən gedir. Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov "Facebook" səhifəsində yazıb.

O bildirib ki, yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq. Bu isə daha aşağı qiymətə həmin mənzillərin kirayə təklif olunmasına səbəb ola bilər.

Qeyd edək ki, kirayə məzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda 3 ildən 25 ilədək müddətə mənzilləri satın almaq məqsədi ilə təqdim edilir.
Yəni, vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır və mənzillərin dəyəri manatla ödənilir.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə, daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmada aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədi ilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin