Azərbaycanda iqtisadi inkişaf 0,8% təşkil edəcək

Hazırda oxunan: Azərbaycanda iqtisadi inkişaf 0,8% təşkil edəcək

114883
Dünya Bankı dünya iqtisadiyyatı üçün növbəti proqnozlarını açıqlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, dünya iqtisadiyyatının 2016-cı ildə 2,9%, gələcəkdə isə 3,1% artacağı gözlənilir.

Bu, 2015-ci ilin iyun ayında proqnozlaşdırılandan müvafiq olaraq 0,4% və 0,1% azdır.

Dünya Bankı bu rəqəmləri Vaşinqtonda yanvarın 6-da “Qlobal iqtisadi perspektivlər”x9d məruzəsində açıqlayıb, TASS məlumat yayıb.

Bankın hesabatına görə, 2016-2017-ci illərdə Avrozonada iqtisadi artım 2,7% və 2,4%, Böyük Britaniyada - 2,4% və 2,2%, ABŞ-da hər iki ildə 2,1% təşkil edəcək.

Dünya Bankının proqnozuna əsasən, Azərbaycanda 2016-cı ildə iqtisadi artım 0,8%, 2017-ci ildə isə 1,2 təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin