Türkmənistan qazını Avropa bazarına çıxara biləcək Transxəzər qaz boru kəməri layihəsi öz inkişaf yolunda ciddi maneələrlə üzləşir.
Bu barədə Bizim.Media “Fitch Reytings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 2021-ci ilin yanvarında Aşqabad və Bakı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu imzalayıb. İmzalanma Aşqabadın Avropa bazarlarına çıxmasına və Çindən asılılığı azaltmağa imkan verəcək potensial transxəzər boru kəməri haqqında söhbətləri yenidən alovlandırıb.
“Lakin belə bir kəmər öz inkişaf yolunda ciddi maneələrlə üzləşir”, - məlumatda bildirilir.
Vurğulanır ki, qarışıq tələb proqnozu və digər tədarük mənbələri tərəfindən (əsasən Rusiya qazı və LNG) güclü rəqabət nəzərə alınmaqla, Avropa bazarına etibar problemli ola bilər.
Bundan əlavə, layihə çox kapital tutumlu olacaq və onu dəstəkləmək üçün böyük uzunmüddətli alıcı bazası tələb olunacaq.
“Belə alıcıları tapmaq problemli ola bilər, çünki Aİ öz enerji balansını karbonsuzlaşdırmaq səylərini sürətləndirirvə bölgədə karbonun qiyməti artmaqda davam edir”, - məlumatda qeyd olunur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:03 / 13.01.2023
Transxəzər qaz boru kəməri layihəsi ciddi maneələrlə üzləşir
Hazırda oxunan: Transxəzər qaz boru kəməri layihəsi ciddi maneələrlə üzləşir
Hazırda oxunan: Transxəzər qaz boru kəməri layihəsi ciddi maneələrlə üzləşir
114533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.