Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.
Qeyd olunub ki, Agentlikdə struktur dəyişiklikləri edilib və mövcud olan 11 regional bölməsi iqtisadi rayonların yeni bölgüsünə uyğun formalaşdırılıb.
Bununla əlaqədar, işğaldan azad edilmiş əraziləri də əhatə edəcək Qarabağ və Şərqi Zəngəzur, həmçinin Mil-Muğan regional bölmələri yaradılıb.
Qarabağ və Şərqi Zəngəzur regional bölmələrinin yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirlərinin görülməsi, o cümlədən həmin ərazilərə köçürüləcək əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaratmaqdan ibarətdir.
Dəyişikliklərə əsasən, Bərdə rayonunda yerləşən Qarabağ regional bölməsi Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını, Zəngilan rayonunda yerləşməsi nəzərdə tutulan Şərqi Zəngəzur regional bölməsi isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edir.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Agentlik tərəfindən ölkəyə idxal-ixrac olunan mallara nəzarəti həyata keçirmək üçün sərhəd keçid məntəqələrinə yaxın ərazilərdə “Qida təhlükəsizliyi nəzarəti məntəqələri” qurulmaqdadır.
Gələcəkdə burada beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti zonalarının yaradılması planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:36 / 12.01.2023
AQTA-nın Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradıldı
Hazırda oxunan: AQTA-nın Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradıldı
Hazırda oxunan: AQTA-nın Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradıldı
114350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.