2016-cı ilin I yarısında Azərbaycanın Xəzərdəki iri “Şahdəniz”x9d qaz-kondensat yatağında 3 yeni quyunun istismara verilməsi planlaşdırılır.xa0
Moderator.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, gələn il üçün qazma işləri üzrə plan hələ təsdiq edilməyib, lakin ilin I yarısında qazılmasına 2015-cı ildə başlanılan 3 quyu istismara veriləcək.
Mənbə bildirib ki, “SDA07”x9d və “SDA08”x9d hasilat quyularının istismara verilməsi planlaşdırılır:xa0
“Onların üzərində iş “Şahdəniz Alfa”x9d platformasından aparılır. Bundan başqa “SDD04" quyusunun istismara verilməsi planlaşdırılır. Onun üzərində iş isə “Heydər Əliyev”x9d platformasından aparılır".
“Caspian Shipyard”x9d tikiinti meydançasında təmirdə olan “İstiqlal”x9d qazma qurğusunun modernləşdirilməsi üzrə işlər başa çatdlrıldıqdan sonra o bu ilin yayında “SDG03”x9d quyusunu qazmağa qayıdacaq.
Mənbə əlavə edib ki, bu, 2016-cı ildə “Şahdəniz" hasilat quyularının sayını ən azı yarıyadək artırmağa imkan verəcək:xa0
“Lakin gələn il üçün təsdiq ediləcək qazma işləri üzrə proqram daha geniş olacaq”x9d.



































































































