Gələn il neftin qiyməti azalacaq - PROQNOZ

Hazırda oxunan: Gələn il neftin qiyməti azalacaq - PROQNOZ

114156

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün neftin qiymətinin proqnozunu müəyyənləşdirib.

Bizim.Media EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, “Brent” markalı etalon neftinin bir barelinin dəyərinin 77,57 dollar, WTI markalı neftinin isə 71,57 dollar olacağı gözlənilir.

Bununla yanaşı EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu endirib. Belə ki, qurumun hesablamalarına əsasən, 2023-cü ildə "Brent" neftinin ortalama qiyməti 83,1 dollar səviyyəsində olacağı ehtimal olunur. Bu, əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 9,26 dollar azdır.
Proqnoza əsasən, WTI markalı neftin ortalama qiyməti cari ildə 77,18 dollar səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricidən 9,18 dollar azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin