Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi şərtləri məlum olub.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən dövlət zəmanəti ilə təmin edilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:
- bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan çox olmamalı;
- kreditin illik faiz dərəcəsi 15 %-dən çox olmamalı;
- kreditin müddəti 7 ildən çox olmamalı;
- kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 aya qədər olmalı;
- bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90 %-dən çox olmamalıdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:22 / 09.01.2023
Qarabağda kreditlərə dövlət zəmanətinin verilməsi ŞƏRTLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Qarabağda kreditlərə dövlət zəmanətinin verilməsi ŞƏRTLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Qarabağda kreditlərə dövlət zəmanətinin verilməsi ŞƏRTLƏRİ AÇIQLANDI
113839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.