Moderator.az - ın əməkdaşı ikinci devalvasiyanın şokunu yaşayan cəmiyyətdə cavabını gözləyən bir sıra suallara aydınlıq gətirilməsi üçün tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədovla əlaqə saxlayıb.xa0
Professor tezliklə Bakıya dönəcəyini və bundan sonra saytımıza geniş açıqlama verəcəyini bildirib. Amma qısa olsa da olduqca diqqəçəkən bir fikir də bildirərək əslində bir çox mətləblərə aydınlıq gətirmiş oldu:
"Bircə təklif verin: valyuta birjasında hər iki devalvasiyaya bir həftə qalmış dollar alqı - satqı əməliyyatlarının siyahısını dərc etsinlər, kimlər valyuta alıb və nə məqsədlə, bu valyuta hara xərclənilib, bu şirkətlərin sahibləri kimdir: bu siyahı hər şeyi ortaya qoyacaq. Bu təhlildən də manatın bütün xəstəlikləri ortaya çıxacaq".




























































































