Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 12-də, saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Məşhədi Əzizbəyov küçəsi 1) Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.
Bizim.Media nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün 11 yanvar 2023-cü il tarixinə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
07:28 / 07.01.2023
Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək
Hazırda oxunan: Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək
Hazırda oxunan: Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək
113450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.