2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Kənan Nəcəfov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Pandemiyadan zərər çəkən sahibkarlara veriləcək kreditlərin həcmi açıqlandı
"Bununla yanaşı, pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 milyon manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 milyon manat məbləğində dövlət zəmanətinin və 58 milyon manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır”,- deyə K.Nəcəfov qeyd edib.
Bizim.Media