Bu ildən ƏDV-nin neçə faizi geri qaytarılacaq?

Hazırda oxunan: Bu ildən ƏDV-nin neçə faizi geri qaytarılacaq?

112974

"Yanvar ayının 1-dən “Vergi Məcəlləsi”ində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır. Artıq bu aydan etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər". 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deputat Vüqar Bayramov "Facebook" hesabında yazıb.

O qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30 faizi geri qaytarılacaq:

"Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verildi. Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir.
ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməs baxımdan vacib idi. Bütövlükdə, bu ildə də “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin