Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək

Hazırda oxunan: Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək

11278

2020-2021-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala biləcəklər.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” ölkə Prezidentinin müvafiq sərəncamında təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən magistraturaya sənəd qəbulu başlayır


Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyən edilib.

2020-2021-ci tədris ili üzrə dövlət büdcəsi hesabına maliyyələşən əlavə təqaüd yerlərinin sayı 20 365-dir ki, əvvəlki tədris ilinə nisbətən 27.3 faiz və ya 4,365 təqaüd yeri çoxdur.

Bununla da, 2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı təhsil alan tələbələrin ümumi sayının 50 faiz nisbətinə çatdırılıb.

Cari tədris ilində orta hesabla 93 min tələbə dövlət büdcəsi hesabına təqaüd alacaq.

Dövlət büdcəsi hesabına ayrılan əlavə təqaüd yerləri ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasının bariz nümunəsidir və təhsildə yüksək nəticələr əldə edən tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin