2021-ci ildə qlobal neft istehlakı 6% artacaq

Hazırda oxunan: 2021-ci ildə qlobal neft istehlakı 6% artacaq

1127

Dünya Bankının 2021-ci ildə qlobal neft istehlakının təxminən 6% artmasını proqnozlaşdırır. Buna baxmayaraq, bank sözügedən göstəricinin COVID-19 pandemiyası dövründən əvvəlki istehlak səviyyəsindən 5% az olacağını gözləyir.

Bizim.Media-nın məlumatına görə bu barədə bankın "Commodity Markets Outlook" hesabatında deyilir.

Bank güman edir ki, qlobal neft istehlakı 2023-cü ilədək pandemiya dövründən əvvəlki səviyyəni keçə bilməyəcək. Eyni zamanda, bank gələn il Çinin dünyada 2019-cu illə müqayisədə neft istehlakını artıracaq yeganə ölkə olacağını proqnozlaşdırır.

"OPEC+"un hasilatının 2021-ci ildə artacağı gözlənilsə də, ABŞ-da hasilatın bir qədər də azalacağı proqnozlaşdırılır və bank bunun səbəbini yeni hasilat yataqlarına qoyulan aşağı sərmayələrin mövcud yataqlardan hasilatın sürətli azalmasını ödəmək üçün yetərli olmamasında görür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin