Bu şəxslər daha 3 il gömrük rüsumundan AZAD OLACAQ

Hazırda oxunan: Bu şəxslər daha 3 il gömrük rüsumundan AZAD OLACAQ

112515

Azərbaycanda sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad olma müddəti 3 il artırılır.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, parkların rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarların müvafiq qaydada ölkəyə gətirdiyi texnikanın, texnoloji avadanlıqların və qurğuların gömrük rüsumundan azad olma müddətinin həmin rezidentin parklarda qeydiyyata alındığı tarixdən 7 il deyil, 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin