Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqları subsidiyalaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Sosial sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:
- sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:
- 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;
- 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;
- 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;
- 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.
- muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının - 100 faizi.
Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Qanun 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədə olacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:37 / 28.12.2022
Azad edilmiş ərazilərdə sosial sığorta haqları subsidiyalaşdırılacaq
Hazırda oxunan: Azad edilmiş ərazilərdə sosial sığorta haqları subsidiyalaşdırılacaq
Hazırda oxunan: Azad edilmiş ərazilərdə sosial sığorta haqları subsidiyalaşdırılacaq
112170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.