Mərkəzi Bankın "havaya atılan güllələri" tezliklə tükənə bilər...

Hazırda oxunan: Mərkəzi Bankın "havaya atılan güllələri" tezliklə tükənə bilər...

112140
Xarici öhdəliklərin icrası dekabr ayında Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasını maksimum həddə çatdıra bilər
Mərkəzi Bank dekabrın 8-dən 18-dək olan 8 iş günü ərzində valyuta ehtiyatlarından 748 milyon dollar satışa çıxarıb. Bununla da Mərkəzi Bankın valyuta ehtiyatları dekabrın ortalarına 5,5 mlrd. dollaradək azalıb. Bu ilin əvvəli ilə müqayisədə 57,7 faiz və ya 7,2 milyard dollaradək azalma deməkdir. Hesab edirəm ki, valyuta ehtiyatlarının kəskin azalma tendensiyası yalnız ABŞ Federal Ehtiyat Sisteminin gözlənilən və reallaşan qərarının psixoloji təsirlərinə görə valyuta bazarında yaranmış gərginliklə bağlı deyil. Bunu şərtləndirən digər amil yerli şirkətlərin ilin sonuna qədər bir sıra xarici banklar qarşısında öhdəliklərini yerinə yetirmək məcburiyyəti ilə əlaqədardır. 
Məlumat üçün qeyd edim ki, bu ilin oktyabrın 1-ə yalnız kommersiya banklarının 6 milyard 285 milyon dollar təşkil edib. Eyni zamanda həmin tarixə dövlət şirkətlərinin məcmu borcları 8 milyard dollardan çox olub. Bütün bunlar da xüsusilə də ilin son aylarında borc öhdəliklərini yerinə yetirmək iqtidarında olan şirkətlər və banklar tərəfindən valyuta bazarında ABŞ dollarına olan tələbatı artırır. Odur ki, bu səbəbdən də dekabr ayında Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması maksimum həddə çata bilər. Əgər ciddi dəyişiliklər baş verməzsə belə gedişlə iqtisadi və maliyyə vəziyyətinin daha da pisləşəcəyi gözlənilən növbəti ildə Mərkəzi Bankın "havaya atılan güllələri " tezliklə tükənə bilər.

Qubad İbadoğlu, iqtisadçı ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin