Şimal nəqliyyat axınını “Xocəsən”ə köçürmək lazımdır - Ekspertdən TƏKLİF

Hazırda oxunan: Şimal nəqliyyat axınını “Xocəsən”ə köçürmək lazımdır - Ekspertdən TƏKLİF

111918

“Şəhərətrafı ictimai nəqliyyatla bu stansiyanın fəaliyyəti yaxşı əlaqələndirilsə, Bakının şimal-qərb istiqamətində, xüsusən də Avtovağzal, Şamaxinka və “20 Yanvar” metrosu tərəflərdə nəqliyyatın hərəkətinə, az da olsa, müsbət təsiri görə bilərik.

Bizim.Media xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, Paytaxt Metropoliteninin “Xocəsən” stansiyasının istifadəyə verilməsinin nəqliyyat sahəsində ilin ən yadda qalan hadisələrindən biridir:

“Vaxtilə metronun “Avtovağzal” stansiyası istifadəyə veriləndə (19 aprel 2016-cı il) Şamaxinka, “Memar Əcəmi” və “20 Yanvar” metro stansiyaları tərəflərdə bir qədər yüngülləşmə olmuşdu (lakin təəssüf ki, ictimai nəqliyyatdakı son illərin durğunluğu və geriləmə həmin yerlərdə vəziyyəti 2016-cı ildən əvvələ və hətta daha gərgin səviyyəyə qaytarıb).
“Xocəsən” stansiyasının istifadəyə verilməsi də vəziyyəti hiss edilən dərəcədə yaxşılaşdıra bilər. Bunun üçün stansiyanın yanında Nəqliyyat mübadilə mərkəzi yaratmaq zəruridir.

Lökbatandan (o cümlədən “Sədərək”, “Binə” və “Meyvəli” TM-lərindən) Ələtədək, şimal-qərb istiqamətində isə Sulutəpədən Pirəkəşkülədək, habelə Xırdalanın qərb tərəfindən sərnişin axınını bu stansiyaya yönəltmək lazımdır.

Bunun üçün müəyyən marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilməlidir, stansiya ətrafındakı yollarda və oraya gətirən yollarda hərəkətin təşkilində ciddi dəyişikliklər edilməlidir”.

Ə.Hüseynov həmçinin bildirib ki, bu addımdan sonra göstərilən istiqamətdən müntəzəm olaraq sərnişin daşıyan taksilərin də bəziləri tədricən “Xocəsən” stansiyasını seçəcək:

“Belə edilsə, Metropolitenin Bənövşəyi xətti üzrə indiki hərəkət qarafiki (qatarlar arsında intervalın 8 dəqiqə olacağı deyilir) də Şamaxinkadakı və “20 Yanvar” zonasındakı sürəkli tixaclardan daha cazibədar olacaq.

Perspektivdə isə "Xocasən" stansiyası yaxınlığındakı dəmiryol üzərində şəhərətrafı qatarlar üçün stansiya tikmək, Lökbatan-Ələt istiqamətində şəhərətrafı qatarlarala səmərəli sərnişin daşıma təşkil etmək lazımdır.
Bənövşəyi xəttin "8 Noyabr" stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlar arası intervalın azaldılması da çox vacibdir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin