Pandemiyadan sonra böyüyən və kiçilən banklar hansılardır?

Hazırda oxunan: Pandemiyadan sonra böyüyən və kiçilən banklar hansılardır?

11171

Pandemiyanın böyütdüyü və kiçiltdiyi banklar məlum olub.

Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev “Facebook” hesabında bu barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Ümumi Daxili Məhsulun istehsalı artıb - EKSPERT


Ekspert qeyd edib ki, 2020-ci ildə aktivlərin həcmi baxımından sektordakı 26 bankdan 14-ü kiçilib, 12-i böyüyüb:

“Ən çox kiçilmə AFB bankda olub. Bu bankın aktivlərinin həcmi 2 dəfəyə yaxın azalıb. Sonrakı sıralarda Bank Respublika (-26,8%), Yelo Bank (-21,4%), Yapı Kredi (-18.8%), Muğan Bank (-10.6%) və s.

Ən çox böyüyən Naxçıvan Bank (28,7%) olub. Böyüyən bankların sonrakı sıralaması belə olub:

Kapital Bank (26,2%), BankVTB (19%), Ziraat Bank (18%), Paşa Bank (15,6%) və s.-dir”, - deyə iqtisadçı əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin