Türk dövlətləri ilə ticarət dövriyyəmizdə REKORD 

Hazırda oxunan: Türk dövlətləri ilə ticarət dövriyyəmizdə REKORD 

111643

“Bu ilin ilk 10 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi rekord səviyyədə artıb”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Ötən ilin eyni dövründə 5 Türk dövləti  ilə 3 milyard 724 milyon 511 min dollar dövriyyəmiz olduğu halda bu ilin yanvar-oktyabr aylarında dövriyyə 63.4 faiz artaraq 6 milyard 83 milyon 252 min dollara çatıb. Bu müstəqillik illlərinin ən böyük artımıdır”, - deyə deputat əlavə edib.

Vüqar Bayramov ticarət dövriyyəsinin artmasında Türkiyə ilə əlaqələrimiz xüsusi paya malik olduğunu diqqətə çatdırıb:

“Buna rəğmən digər qardaş dövlətlər ilə də iqtisadi münasibətlərimiz ciddi şəkildə dərinləşib. Qazaxıstan ilə dövriyyəmiz bu müddətdə 5 dəfə artaraq 492 milyon 71 min dollara, Qırğızstan ilə 18.3 faiz artaraq 8 milyon 969 min dollar, Özbəkistan 73.4 faiz artaraq 146 milyon 976 min dollara, Türkmənistan 6.8 dəfə artaraq 377 milyon 242 min dollara, nəhayət Türkiyə ilə 44.6 faiz artaraq 5 milyard 57 milyon 994 min dollara çatıb”.

Millət vəkili qeyd edib ki, ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır:

“Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin