Ötən ay nağdsız ödənişlər artıb - MƏBLƏĞ

Hazırda oxunan: Ötən ay nağdsız ödənişlər artıb - MƏBLƏĞ

111531

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

Bizim.Media Mərkəzi Banka istinadla xəbər verir ki, 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 milyon manat təşkil edib. 

Həyata keçirilən nağdsız ödənişlərin 1908 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 613 milyon manatı POS-terminallar, 2,4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47,4 faizini təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin