Dünya ölkələrində yeni il ərəfəsi bir sıra ticarət obyektlərində müxtəlif məhsullar üzrə qiymətlər aşağı düşür. Bu tendensiya artıq əksər ölkələrdə geniş kampaniya xarakteri alıb. Azərbaycanda isə əks proses gedir. Ölkəmizdə hər il bu vaxtı qiymətlər daha da bahalaşır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, sözügedən ölkəmizdə bazar xusisiyyətinin nisbətən ləng, zəif olması və aşağı rəqabət mühiti ilə əlaqəlidir:
“Dünyada yeni il ərəfəsi qiymətlərin ucuzlaşması tendensiyası sadəcə müəyyən kampaniyalar çərçivəsinə, xüsusən də sürətlə yenilənən trend və modaların dəyişdiyi bazarlara xarakterik xüsusiyyətdir. Həmin şirkətlər yeni ilə yeni məhsullar təklif etməyəndə bazardakı mövqelərini itirirlər.
Ona uyğun olaraq da şirkətlər ən qısa zamanda həmin məhsulları likvidləşdirmək, realizə etmək və yeni ilə yeni istiqamətlə çıxmaq istəyirlər.
Bu halda da qiymətlər düşür. Azərbaycanda isə bazar xüsusiyyətləri nisbətən zəif inkişaf edib, şirkətlər qarşısında davamlı yenilənmə və sürətli dəyişiklik tələbi yoxdur. Ona görə də ölkəmizdə yeni il dövründə qiymətlərin aşağı salınması ənənəsi o qədər də geniş yer inkişaf etməyib. İstehsalçı şirkətlərin azlığı da burada öz sözünü deyir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:00 / 24.12.2022
Bayramqabağı BAHALAŞMA: “Azərbaycanda bazar yenilənməsi çox ləng gedir”
Hazırda oxunan: Bayramqabağı BAHALAŞMA: “Azərbaycanda bazar yenilənməsi çox ləng gedir”
Hazırda oxunan: Bayramqabağı BAHALAŞMA: “Azərbaycanda bazar yenilənməsi çox ləng gedir”
111301
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.