Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Romgaz S.A.” arasında Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, müqavilə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.
Azərbaycan qazının Avropada yeni alıcıya çatdırılmasını təmin edən müqavilə ölkəmizin müxtəlif Avropa ölkələri ilə yeni ikitərəfli tərəfdaşlıqlar çərçivəsində qaz tədarükünün şaxələndirilməsi üzrə strateji hədəflərinə xidmət edir.
Sözügedən müqavilə 2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində imzalanıb.
Memorandumun əsas məqsədlərindən biri Avropa İttifaqına təbii qaz tədarükünü artırmaq və enerji təhlükəsizliyinə töhfə verməkdir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:52 / 16.12.2022
Azərbaycandan bu ölkəyə qaz tədarük olunacaq – Müqavilə imzalandı
Hazırda oxunan: Azərbaycandan bu ölkəyə qaz tədarük olunacaq – Müqavilə imzalandı
Hazırda oxunan: Azərbaycandan bu ölkəyə qaz tədarük olunacaq – Müqavilə imzalandı
110053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.