Azərbaycanda işləməyən, eləcə də ailəsində 1-ci və 2-ci qrup əlil olan, müəyyən sosial təminata və yaxud yardıma ehtiyac duyan şəxslərin götürdüyü kreditlərin faizlərinin ödənilməsi ilə bağlı fərqli rejim tətbiq olunmalıdır.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.
"2015-ci ildən bəri banklarla bağlı ciddi islahatlar həyata keçirilir. Bir sıra bankların lisenziyaları ləğv olunub və onların ləğvi ilə bağlı bütün səlahiyyətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna verilib.
Ancaq, burada incə bir məqam var. Bağlanmış bankların verdiyi kreditlər üzrə qərarlar yenidən müzakirə olunmalı və baxılmalıdır.
Bu məsələyə humanzim nöqteyi nəzərindən yanaşılmalıdır. Cənab prezident 2009-cu ildə problemli kreditlərlə bağlı tarixi sənəd imzaladı və 10 minlərlə vətəndaşımızın problemli kreditləri ilə bağlı tarixi qərarlar qəbul edildi.
Ona görə də, bu məsələ aidiyyəti qurumlarla müzakirə edilsin. Xüsusən ilkin məbləği ödəyən vətəndaşlara, hansı ki işləmir, ya da ailəsində əlil var, onlara kredit faizləri bağışlanılsın. Düşünürəm ki, bu məsələnin monitorinqinə ehtiyac var. Belə bir təklif hazırlanıb cənab prezidentə təqdim edilsə, bu məsləyə dövlət başçısı səviyyəsində müvafiq yanaşma ola bilər", - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:33 / 16.12.2022
İşləməyən şəxslərin kredit faizləri silinsin - TƏKLİF
Hazırda oxunan: İşləməyən şəxslərin kredit faizləri silinsin - TƏKLİF
Hazırda oxunan: İşləməyən şəxslərin kredit faizləri silinsin - TƏKLİF
109982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.