AÇG və “Şahdəniz”dən indiyədək 605 mln. ton neft hasil edilib

Hazırda oxunan: AÇG və “Şahdəniz”dən indiyədək 605 mln. ton neft hasil edilib

109759

İstismara veriləndən 01 dekabr 2022-ci il tarixinədək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında 605 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 565,2 mln. ton neft, “Şahdəniz”dən isə 39,8 mln. ton kondensat çıxarılıb.

“Bundan cari ilin 01 dekabr tarixinədək 603 mln. tonu ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2022-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə 29,8 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Neft hasilatının 18,7 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 4 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 mln. ton təşkil edib.
“Hesabat dövründə 24 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,7 mln. tona yaxını konsorsiumun, 1,3 mln. tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin