"Etibarlı nəqliyyat marşrutu olaraq ön plana çıxan Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir. Dəhlizin mühüm bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə tamamladıq".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşdəki çıxışında bildirib.
“Marmaray”ı, Yavuz Sultan Səlim körpüsünü, İstanbul hava limanını, Osman Qazi və 1915 Çanaqqala körpülərini istifadəyə verərək Şərq-Qərb istiqaməti boyunca bütöv nəqliyyat marşrutunu təmin etdik. Bu marşrutu daha əlverişli vəziyyətə gətirmək üçün birlikdə çalışmalı, sərhəd-keçid və gömrük prosedurlarını sürətləndirməliyik”, - deyə Ərdoğan bildirib.
Ərdoğan çıxışı zamanı üç ölkə arasındakı viza məsələsinə də toxunub:
“Hər üç ölkənin daşıyıcıları üçün quru yolu ilə keçid rüsumlarının və vizaların ləğv edilməsi, yaxud müəyyən bir səviyyədə saxlanılması, viza rüsumlarına endirimlər edərək viza müddətlərinin uzadılması ticarət dövriyyəmizi artıracaq. Nəqliyyat və gömrük sahəsində imzalanacaq sənədlər bu səylərimiz üçün əsas təşkil edəcək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:57 / 14.12.2022
Ərdoğan: “Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir”
Hazırda oxunan: Ərdoğan: “Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir”
Hazırda oxunan: Ərdoğan: “Orta Dəhliz kontekstində əməkdaşlıq ortaq mənfəətimizə xidmət edir”
109634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.