"Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 %-ni əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir".
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Pensiyaların sığorta hissəsi 2,8 faiz artırılır
Onun sözlərinə görə, artım 2021-ci ilin yanvarın 1-dən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Bizim.Media