Azərbaycanda illik inflyasiya 14 %-ə yaxınlaşdı 

Hazırda oxunan: Azərbaycanda illik inflyasiya 14 %-ə yaxınlaşdı 

109129

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib. 

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 %, ötən ilin noyabr ayı ilə müqayisədə 115,1 % olub. 

Bu ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən 101,2 %, ötən ilin noyabr ayı ilə müqayisədə 120,1 % təşkil edib. Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, azalma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,6 %, ötən ilin noyabr ayı ilə müqayisədə 112,1 % olub.

Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman vasitələrindən validol və yodun, azalma isə əsasən kəsilmiş taxtaların və sementin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 
Noyanda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə oktyabra nisbətən 100,4 %, ötən ilin noyabr ayı ilə müqayisədə 110,7 % təşkil edib.

Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım sabit şəbəkə telefonlarından istifadəyə görə əhali qrupu üzrə aylıq abunə haqqının, mebellərin, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində, azalma isə sabit şəbəkə telefonları ilə respublika daxilində şəhərlərarası danışıq haqqının və MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin