“Azərbaycan və Ukrayna arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə, bu iki dövlət və iki xalq arasındakı münasibətlərin zəngin tarixi var. Bu gün Ukraynanın böhranlı və çətin günlərində yenə də Azərbaycan dost Ukrayna xalqının yanındadır və dost ukraynalılar üçün biz növbəti humanitar yardımı göndərmişik”.
Bizim.Media xəbər verir ki, bunu “Azərenerji ASC”nin səlahiyyətli nümayəndəsi Səməd İslamov jurnalistlərə müsahibəsində deyib.
O deyib ki, baş verən hadisələr nəticəsində Ukraynanın infrastrukturuna çox ciddi zərər dəyib:
“Bu baxımdan Ukrayna ərazisində enerji təminatı baxımından böyük problemlər yaşanır. Məhz ona görə, Azərbaycan dövləti elektrik avadanlıqlarından ibarət növbəti yardımı Ukraynaya yola salıb. “Azərenerji ASC” tərəfindən göndərilən bu yardımda 45 güc transformatoru və 50 generator daxildir. Ümumi dəyəri 1 milyon 422 manat, çəkisi 52 ton olan yardımın ilk hissəsi yola çıxıb. Növbəti hissəsi isə yaxın günlərdə yola çıxacaq. Ukrayna xalqına tezliklə sülhün bərqərar olmasını arzulayırıq və bu yardımlar mütəmadi olaraq göndəriləcək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:52 / 10.12.2022
"Ukraynaya növbəti humanitar yardım yaxında yola salınacaq" - RƏSMİ
Hazırda oxunan: "Ukraynaya növbəti humanitar yardım yaxında yola salınacaq" - RƏSMİ
Hazırda oxunan: "Ukraynaya növbəti humanitar yardım yaxında yola salınacaq" - RƏSMİ
108896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.