ABŞ-ın "Boeing" korporasiyası yaxın gələcəkdə yeni təyyarənin istehsalına başlamaq istəyir.
Bizim.Media-nın "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bununla şirkət "Boeing 737 Max" böhranı səbəbi itirdiyi mövqeləri bərpa etmək arzusundadır.
"Boeing" korporasiyasının nümayəndələri lizinq şirkətləri də daxil olmaqla müştərilərlə dar füzelyajlı yeni təyyarədən istifadəyə olan marağını öyrənmək məqsədilə bir neçə görüş keçirib.
Yeni təyyarə modeli təkmilləşdirilmiş mühərriklə təchiz olunacaq. Təyyarənin tutumu 200-250 sərnişin təşkil edəcək. Yeni avialayner "Boeing"in model xəttində "737 Max" və geniş gövdəli "787 Dreamliner" təyyarələri arasında yer tutacağı gözlənilir. Təyyarənin istehsalı bir neçə il davam edə bilər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:40 / 22.10.2020
"Boeing" yeni təyyarə istehsal edəcək
Hazırda oxunan: "Boeing" yeni təyyarə istehsal edəcək
Hazırda oxunan: "Boeing" yeni təyyarə istehsal edəcək
1085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.