Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payının artaraq bu il 24,8% təşkil edəcəyini proqnozlaşdırır.
Bizim.Media-nın məlumatına görə, bu barədə BVF-nin hesabatında deyilir.
Bu göstəricinin tədricən artmasını gözləyən Fond dövlət büdcəsində qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də payının 2021-ci ildə 25,4% təşkil edəcəyini güman edir.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına əsasən, 2019-cu ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 10,595 mlrd. dollar və ya qeyri-neft ÜDM-in 21%-ni, BVF-nin hesablamalarına görə isə 24,5%-ni təşkil edib.
Bizim.Media