1,3 və 5 qəpiklikləri niyə dövriyyədən çıxarmaq olmaz? – Ekspertin İZAHI

Hazırda oxunan: 1,3 və 5 qəpiklikləri niyə dövriyyədən çıxarmaq olmaz? – Ekspertin İZAHI

108340

Dünyada baş verən iqtisadi böhranın Azərbaycana sirayət etməsi nəticəsində milli valyuta da dəyərini qoruyub saxlaya bilmir. Manatın dollara olan nisbəti qorunub saxlansa da daxili bazarda minimal pul vahidlərinin bəziləri öz gücünü itirib. 

Artıq demək olar ki, ticarət və pul dövrüyyəsində 1,3,5 qəpikliklərin heç bir hərəkətliliyi qalmayıb. Son zamanlar bu sikkələrin dövriyyədən çıxarılacağı ilə bağlı informasiyalar geniş yayılır. Mətbuatda ara-sıra bu istiqamətdə müxtəlif məlumatlar gedir. Ölkə daxilində də insanların mütləq əksəriyyəti alış-veriş edərkən nədənsə qaytarılan xırda qəpikləri geri almırlar. 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, xırda qəpiklərin dövriyyədə qalması iqtisadi cəhətdən manatın möhkəmliyi və şəffaflığına xidmət edən amildir:
 

MÖVZU İLƏ BAĞLI:

1, 3 və 5 qəpik dövriyyədən ÇIXARILIR? – Mərkəzi Bankdan vacib AÇIQLAMA


“1,3 və 5 qəpiklik xırda nominalalrın dövriyyədən çıxarılması monitar siyasətə ziddir. Bu addıma gedilməsi əslində Azərbaycan valyutasının dəyərdən düşməsinə xidmət edən amildir.

Bu nöqteyi-nəzərdən xırda qəpiklərin dövriyyədə saxlanılması mütləqdir. Nəğd ödənişə gəldikdə, Azərbaycanda formalaşan xüsusiyyətə görə, insanlarımız uzun illərdir ki, xırda qəpikləri geri götürməyi özünə rəva görmürlər. Bu hal yeganə olaraq yalnız bizim xalqa məxsusdur. Hansısa ticarət dövriyyəsinin bu qəpikləri qəbul etmədiyinin şahidi də olmamışam.
Hökumət onu dövriyyədən çıxarmır, satış, ticarət məntəqələri, xidmət məkanları onun qəbulundan imtina etmirlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin