Rusiya təbii qazının Avropaya tədarükü üçün Türkiyədə habın yaradılması layihəsinin həyata keçirilməsi onu enerji resurslarının paylanması və satışı mərkəzinə çevirəcək.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz “TV 24”ə müsahibəsində deyib.
O, müsahibəsində Azərbaycandan da danışıb. Nazir qeyd edib ki, Ankara Azərbaycanın layihədə iştirakına ümid edir.
“Habın yaradılması sayəsində biz təkcə paylayıcı mərkəz deyil, həm də qazın satışı mərkəzinə çevriləcəyik. Həm qaz hasilatı, həm də onun satışı məsələsində bizə dəstək verən ölkələr var. Azərbaycanın layihədə tədarükün mənbə ölkəsi kimi iştirakı bizi sevindirəcək”, – türkiyəli nazir bildirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:54 / 06.12.2022
Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirak etməsində maraqlıdır
Hazırda oxunan: Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirak etməsində maraqlıdır
Hazırda oxunan: Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirak etməsində maraqlıdır
108236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.