Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 688,09 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Bizim.Media-ya İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
Təkcə bu ilin noyabr ayında isə Azərbaycan 302,13 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2 % çoxdur.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2020-ci illə müqayisədə 47,2 % artaraq 2 713,4 milyon ABŞ dolları təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:01 / 06.12.2022
Azərbaycan qeyri-neft ixracını artırıb
Hazırda oxunan: Azərbaycan qeyri-neft ixracını artırıb
Hazırda oxunan: Azərbaycan qeyri-neft ixracını artırıb
108090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.