İtaliyanın Azərbaycana hansı faydaları ola bilər - İqtisadçı alim danışdı

Hazırda oxunan: İtaliyanın Azərbaycana hansı faydaları ola bilər - İqtisadçı alim danışdı

10796

“Azərbaycan ilə İtaliya arasında iqtisadi-ticari münasibətlər həqiqətən də nümunəvi xarakter daşıyır. Artıq 20 ildən çoxdur Bakı və Roma arasında iqtisadi əməkdaşlığın həcmi artır. Hazırda İtaliyanın neft təchizatının 17 faizini Azərbaycan təşkil edir. Bundan başqa bizim ixracatımızın da 28 %-i İtaliyanın payına düşür”.

Bu sözləri Bizim.Media ilə söhbət zamanı iqtisadçı alim Emin Qəribli açıqladı.
 

MÖVZU İLƏ BAĞLI

SOCAR: TAP vasitəsi ilə Avropaya ilk qaz çatdırıldı


Ekspertin sözlərinə görə, illər keçsə də İtaliya bu trendi qoruyub, saxlayıb. 

“Bu da öz növbəsində enerji təhlükəsizliyində böyük rol oynayır. Bəzi ölkələr bəzən bundan siyasi alət kimi istməyə çalışır. Romanın digər tərəfdaşlarına da baxsaq, onlar heç də stabilliyi ilə fərqlənmirlər. Amma Azərbaycana gəlincə, Bakı inkişaf tempini qoruyur və İtaliya ilə tərəfdaşlıq nümunəvidir.”

Xatırladaq ki, ötən il fevralın 21-i Romada Azərbaycan-İtaliya biznes forumunda çıxış edən Prezident İlham Əliyev bildirib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.

Bundan əlavə Azərbaycandan gələn xam neft İtaliya istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. 

İqtisadçı-aliminin sözlərinə görə, İtaliya ilə əlaqələr müxtəlif sektorları əhatə edir. Son dövrlər Apennin yarımadasında yerləşən dövlətin kənd təsərrüfatı məhsulları və texnologiyalarında ixtisaslaşdığını deyən Emin Qəribli qeyd etdi ki, İtaliya bu istiqamətdə dünya liderlərindən biridir.

“Ümumiyyətlə, İtaliya iqtisadiyyatı özü-özlüyündə maraqlı bir modeldir. Coğrafi mövqeyimizə baxsaq, oxşarlıqlar var. Orada həm kiçik, orta sahibkarlığın iqtisadiyyatda rolu var. Klasterlərin formalaşmasına baxsaq, həmin təcrübənin araşdırılıb,  Azərbaycanda tətbiq olunması da maraqlı olardı. 
 

Digər tərəfdən Azərbaycanın da bəzi müəssisələrində (SOCAR və s.) dünya iqtisadiyyatına keçidlə əlaqədar islahatlar reallaşdırılır. Bununla bağlı İtaliya nümunəsi çox maraqlıdır.


Orada ən böyük müəssisələr dövlətə aiddir. Fəaliyyətləri də nümunəvidir və heç bir iqtisadi problemlərlə rastlaşmırlar”.

Emin Qəriblinin fikrincə, Azərbaycan İtaliyanın bu praktikasından da faydalana bilər. Onun fikrincə, İtaliya-Azərbaycan Universitetinin qarşılıqlı bəhrələri olacaq.

Bununla yanaşı İtaliya vasitəsilə Avropaya inteqrasiyanı da unutmaq olmaz.
 

“TANAP-TAP layihəsinə gəldikdə isə, buna qədər neft təchizatında mühüm rol oynayırdıqsa, bundan sonra qaz da başlayacaq. Bildiyiniz kimi, son dövrlər Avropada mavi yanacağın dəyəri kəskin artıb.


Bu da onu göstərir ki, həmin qitədə enerji tələbatını ödəmək üçün neft və alternativ enerji mənbələri ilə yanaşı qazın da payı çoxalacaq.”

Müsahibimizin fikrincə, bundan sonra Azərbaycan və İtaliya iqtisadi əlaqələri daha sıx inkişaf edəcək. “İtaliya investisiyaları Azərbaycana yönələcək”,- deyə Emin Qəribli açıqlamasını bitirdi. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin