Azərbaycan Avropa qaz bazarındakı payını artıra BİLƏCƏK

Hazırda oxunan: Azərbaycan Avropa qaz bazarındakı payını artıra BİLƏCƏK

107432

Bir neçə il sonra Azərbaycan Avropa qaz bazarındakı payını 2 faizdən 10-15 faizədək artıra biləcək. 

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bunu Rumıniyanın SMARTLINK COMMUNICATIONS konsaltinq şirkətinin baş direktoru, qlobal analitik, məsləhətçi və tədqiqatçı Radu Maqdin deyib. 

"Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə qazın Balkan ölkələri və Şərqi Avropaya çatdırılmasını sürətləndirmək üçün bu ölkələrin ərazisində boru kəmərlərinin genişləndirilməsi və ötürücülük qabiliyyətinin artırılması üçün interkonnektorların tikintisi lazımdır. Bunun üçün əlavə maliyyə vasitələrinə ehtiyac var”, - deyə o bildirib. 

R.Maqdin qeyd edib ki, Cənub-Şərqi Avropa ölkələrinin Rusiya qazının tədarükündə fasilələrə qarşı xüsusi iqtisadi, sosial və siyasi zəifliyi var. 

"CQD bu ölkələrin həssaslığının azaldılmasına daha çox töhfə verə bilər", - deyə analitik əlavə edib. 

O qeyd edib ki, Azərbaycan Aİ-nin REPowerEU planının həyata keçirilməsində xüsusi rol oynayır. 

"Avropa Komissiyasının 2022-ci il mayın 18-də qəbul etdiyi bu plan Rusiyanın qalıq yanacaqlarından asılılığını 40 faiz azaltmağa və Avropanın enerji təchizatının diversifikasiyasına yönəlib. Bu il Azərbaycanın Avropaya 12 milyard kubmetrədək qaz tədarük edəcəyi gözlənilir. CQD-nin genişləndirilməsi bir neçə ildən sonra Avropaya tədarükün həcmini ildə təxminən 20 milyard kubmetrə qədər artırmağa imkan verəcək.
Mövcud boru kəmərlərinin genişləndirilməsi və yenilərinin tikintisi regiona qaz tədarükünün artırılması üçün əsas məsələ olaraq qalır. Bu, regiona qaz tədarükünün artırılmasına çağırışdır. Ona görə də Avropa və Azərbaycanın qarşısında enerji əməkdaşlığı çərçivəsində görüləcək çox iş var”, - deyə R.Maqdin bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin