Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları, yaxud 3,06 % artaraq 87,82 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı neft bazarındakı mənbə yayıb.
Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 85,43 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:32 / 01.12.2022
Azərbaycan neftinin qiyməti 88 dollara çatdı
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 88 dollara çatdı
Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 88 dollara çatdı
107220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.