İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16%-dən çoxdu

Hazırda oxunan: İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16%-dən çoxdu

106737

“Azərbaycanla İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələri arasında çox sıx iqtisadi əməkdaşlıq mövcuddur, bu əlaqələr artan xətlə inkişaf etməkdədir”.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov islam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığına dair Daimi Komitəsinin 38-ci iclasında iştirakı zamanı azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla İƏT ölkələri ilə ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 55,4% artaraq, 7,7 mlrd. ABŞ dolları təşkil edib.
Nazir müavini əlavə edib ki, İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 16,5% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin