Neft gəlirləri kəskin AZALA BİLƏR – DEPUTAT 

Hazırda oxunan: Neft gəlirləri kəskin AZALA BİLƏR – DEPUTAT 

106697

“Neftin qiymətində kəskin enişlər müşahidə olunur. Noyabrın geridə qalan günlərində “qara qızıl” 21.0 faizdən çox dəyər itirib. Hazırda Brent markalı neftin 1 barelı 81.50 dollara təklif olunur. Qeyd edək ki, noyabrın ilk günündə qiymət 99.0 dollara yaxın idi”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə OPEC + alyansı isə hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir. Praktik olaraq, dünya neft içərsində “üzür”.

Təklif ilə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür. Bu da qiymət azalmalarını sürətləndirir:

“Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədə də iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çinin neftə olan tələbini azaldır. Hazırda Çində on milyonlarla insan sərt karantin rejimində yaşayır. Neftin qiymətindəki son azalmalar eyni zamanda qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır.

Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır”. 
Deputat əlavə edib ki, neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir:

“Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin