Avropanın FƏTHİ – Prezident İlham Əliyev bunu bəşəri prinsiplər çərçivəsində aparır

Hazırda oxunan: Avropanın FƏTHİ – Prezident İlham Əliyev bunu bəşəri prinsiplər çərçivəsində aparır

106309

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyada səfərdə olub. Prezident İlham Əliyevi hava limanında Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç şəxsən qarşılayıb və yola salıb. Diplomatik aləmdə bu son zamanlarda çox az təsadüf olunun haldır. 

Bu da onu göstərir ki, Azərbaycan Aİ-nin strateji tərəfdaşı ilə yanaşı həm də, regionun güc mərkəzinə çevrilib. Avropa dövlətləri arasında sanki bir yarış başlayıb. Bir sıra dövlətlər Azərbaycanla dost və tərəfdaş olmaq üstündə sanki bəhsə giriblər.

Tanınmış iqtisadçı İlham Şaban Bizim.Media-ya açıqlamasında bu münasibətlərin təsadüfi olmadığını söylədi.
 

MÖVZU İLƏ BAĞLI:

“Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır” - Prezident


O, Azərbaycanın təkcə regionda deyil eləcə də Avropada vacib oyunçuya çevrildiyini bildirdi:

“Azərbaycan Avropaya bu gün daha çox lazımdır. Son 2 ayda Azərbaycan Prezidenti İlham Əliyev 3 dəfə Avropa dövlətlərinə dəvət edilib. Və bu səfərlər çox uğurlu olub. Biz bunu da müşahidə eləmişik ki, hər 3 görüşdə ölkələrarası münasibətdə və Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusilə vurğulanıb. Təsadüfi deyil ki, Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı günbəgün artır. Avropanın Rusiya qazından imtina edəcəyi təqdirdə Azərbaycan Aİ üçün ən sərfəli və etibarlı qaz ixracatçısıdır”.

İlham Şaban onu da qeyd etdi ki, Azərbaycanla Avropanı birləşdirəcək qaz kəməri artıq mövcuddur:

“Sadəcə ötürülən qazın həcmini artırmaq məsələsi qalır. Ona görə də digər Avropa dövlətləri ilə yanaşı Serbiyanın canfəşanlığı başa düşüləndir. Çünki, TANAP layihəsinə qoşulmaq Serbiya üçün çox sərfəlidir. Hazırda bu xətlə ötürülən qazın həcmi mövcud imkanlardan xeyli aşağıdır. Ona görə də Avropa dövlətləri arasında sanki bir yarış başlayıb. Əksər dövlətlər çalışır ki, qısa zamanda Azərbaycanla qaz idxalı ilə bağlı müqavilə bağlasın. İndiki vəziyyətdə əlavə boru kəmərinə ehtiyac yoxdur. Lakin, yaxın gələcəkdə sifarişlərin çoxalacağı şəraitdə yeni boru kəmərinin çəkilişi zərurəti yaranacaq. Yeni kəmərin çəkilişi isə həm vəsait, həm də müəyyən vaxt tələb edir”. 
 

Amma Prezident İlham Əliyev həmişə qeyd edib ki, Azərbaycan öz sərvətlərindən hər hansı təzyiq kimi istifadə etməyib və etməyəcək. Bu sırf ticarət maraqlarıdır və ölkəmiz dostu ilə düşmənini yaxşı tanıyır.


Son bir ayda ölkə başçısının etdiyi səfərlər və beynəlxalq tədbirlərdəki bəyanatları deməyə əsas verir ki, Avropanın ölkəmizə qarşı ikili siyasəti fonunda Azərbaycanın bir mövqeyi var: Bizim dostluq etmək bacarığımız, milli maraqlarımız və dəyişməz prinsiplərimiz var. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin