“Gələn il üçün dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılacaq”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“Belə ki, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarəsi dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək.
Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycanın maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək”, - deyə nazir əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:44 / 25.11.2022
Naxçıvana ayrılan dotasiyanın həcmi azaldıldı – RƏSMİ
Hazırda oxunan: Naxçıvana ayrılan dotasiyanın həcmi azaldıldı – RƏSMİ
Hazırda oxunan: Naxçıvana ayrılan dotasiyanın həcmi azaldıldı – RƏSMİ
106239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.