“Bu addım kölgə iqtisadiyyatının aradan qaldırılması üçün stimul yaradacaq” - “ƏDV geri al” layihəsində dəyişiklik

Hazırda oxunan: “Bu addım kölgə iqtisadiyyatının aradan qaldırılması üçün stimul yaradacaq” - “ƏDV geri al” layihəsində dəyişiklik

106111

Vergilər Məcəlləsinə təklif edilən yeni dəyişiklikdə nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisi (ƏDV) üzrə faizin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması nəzərdə tutulur.

Məsələni Bizim.Media-da dəyərləndirən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, gözlənilən dəyişiklik ticarət dövriyyəsi və vergi ödənişində kifayət qədər ciddi sağlamlaşmaya gətirib çıxaracaq:

“Bu olduqca aktual məsələdir. “ƏDV geri al” proqramı çərçivəsində nağdsız ödənişin faizinin qaldırılması, nağd ödənişin isə azaldılması təklif olunur. Həmin addım gizli iqtisadiyyatın şaxələnməsinin qarşısını almağa xidmət edir.
Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri məhz, bu qəbildən olan stimullaşdırıcı amillər sayəsində gəlib dayanıqlı institusional mühitə çatıblar. Nağdsız ödənişlərə görə, geri qaytarılan ƏDV-nin 15 faizdən 17 faizə qaldırılması da məhz bu qəbildən olan alətdir.

Atılması gözlənilən bu addım kölgə iqtisadiyyatının aradan qaldırılması, güzgü metodologiyasının tətbiqi, eyni zamanda vətəndaşların prosesdə aktiv iştirakına stimul yaradacaq qərar olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin