Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 571 235,2 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 33,6% çoxdur.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin müvafiq dövründə bu göstərici 427 500,8 min manat olub.
Hesabat dövründə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 624,7 min manat, sərnişin daşınmasından isə 31 610,5 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 33,2% və 41% çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 829,6 min ton, sərnişin daşımaları isə 78 647,1 min nəfər olub. Bu göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4% və 53% çoxdur.
Ötən il TRACECA-nın Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 573 797,6 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,9% azdır.
2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 843,5 min manat, sərnişin daşınmasından isə 33 954,1 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 45,2% çox və 48,4% azdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:03 / 24.11.2022
Azərbaycanın TRACECA-dan gəlirləri ARTIB
Hazırda oxunan: Azərbaycanın TRACECA-dan gəlirləri ARTIB
Hazırda oxunan: Azərbaycanın TRACECA-dan gəlirləri ARTIB
106036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.