Ölkədə nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb

Hazırda oxunan: Ölkədə nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb

106010

“Azərbaycanda bankların 84%-nin mobil əlavəsi var. Bankların cari hesabları üzrə ödənişlərin 77%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, internet bankçılıq vasitəsilə ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən bu ilin on ayında 55%, mobil əlavələr vasitəsilə aparılan ödəmələr 3 dəfə artıb.

"Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42%-i keçib. Bu isə bir ildə 12% artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manata çatıb" - deyə AMB sədri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin