Apple və Hyundai bir arada - SƏBƏB

Hazırda oxunan: Apple və Hyundai bir arada - SƏBƏB

10586

Apple şirkətinin ilk elektromobili Apple Car Hyundai Motor-un Electric Global Modular Platform (E-GMP) platformuna əsasən istehsal olunacaq.

Bizim.Media xəbər verir ki, dekabr ayında açıqlanmış E-GMP iki motorla təchiz edilib və birdəfəlik tam doldurma ilə 500 km məsafə qət etmək iqtidarındadır.

18 dəqiqəyə 80 faizlik doldurula bilən batareyalara sahib olan E-GMP 3,5 saniyə ərzində 60 mil/saat sürəti toplamaqla maksimum 160 mil/saat (250 km/saat) sürətə malikdir.

Apple isə pilotsuz idarəetmə üçün müvafiq avadanlıq və proqram təminatı hazırlayacaq.

KIA şirkətinin ABŞ-dakı müəssisəsində 2024-cü ildən buraxılması güman edilən Apple Car-dan 2025-ci ilədək 1 milyonadək istehsal olunması nəzərdə tutulur.

Apple, həmçinin, ABŞ-ın GMC və Avropanın PSA kimi nüfuzlu avtomobil istehsalçıları ilə də əməkdaşlıq etməyi düşünür. (ted)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin