Azərbaycanda istehsal olunan dən qarğıdalının 22-25 faizi Balakənin payına düşür. Ölkəmizin Şimal-Qərb qapısı olan bu ucqar rayon qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Balakən Dövlət Aqrar İnkişaf mərkəzindən məlumat verilib.
Ötənilki mövsümdə balakənli fermerlər 7577 hektar sahədən 50 min 317 ton dən qarğıdalı tədarük edib.
Bu il isə rayon fermerləri 7677 hektar sahədə dən üçün qarğıdalı yetişdirib. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 100 hektaradək artırılıb.
Təsərrüfatlarda qarğıdalı yığımı artıq başa çatıb və uğurlu nəticələr əldə olunub. Belə ki, rayonda 50 min 668 ton dən qarğıdalı istehsal olunub və əvvəlki illərin rekordu yenilənib.
Məhsul istehsalı əvvəlki illə müqayisədə 351 ton artıb. Hər hektardan orta məhsuldarlıq 66,1 sentner təşkil edib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
İqtisadiyyat
11:54 / 20.11.2022
Balakəndə qarğıdalı istehsalı ilə bağlı rekord yeniləndi - FOTO
Hazırda oxunan: Balakəndə qarğıdalı istehsalı ilə bağlı rekord yeniləndi - FOTO
Hazırda oxunan: Balakəndə qarğıdalı istehsalı ilə bağlı rekord yeniləndi - FOTO
105334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.