“BP Exploration” ilə SOCAR-KBR arasında müqavilə imzalandı

Hazırda oxunan: “BP Exploration” ilə SOCAR-KBR arasında müqavilə imzalandı

104941

“BP Exploration (Shah Deniz) Limited” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağında yeni layihə üzrə SOCAR-KBR birgə müəssisəsi ilə mühəndislik xidmətlərinin optimallaşdırılması üzrə müqavilə imzalayıb.

Bizim.Media KBR şirkətinə istinadən xəbər verir ki, layihə yekun investisiya qərarından əvvəlki mərhələdədir.

Bildirilib ki, SOCAR-KBR optimallaşdırmanı dəstəkləyəcək və BP üçün mühəndislik xidmətləri göstərəcək. Buraya yeni platformanın mövcud sistemə inteqrasiyası və enerji təchizatı üçün mühəndis həlləri də daxildir.

Qeyd edilib ki, “Şahdəniz” yatağındakı yeni kompressor stansiyası Xəzər hövzəsində əməliyyatların ən qabaqcıl texnologiyalar əsasında məsafədən həyata keçiriləcəyi ilk platforma olacaq.

Xatırladaq ki, SOCAR-KBR Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və KBR-nin birgə müəssisədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin